Bakıda qəza: yeniyetməni avtomobil vurub

06.05.2025

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Bakıda 14 yaşlı yeniyetməni avtomobil vurub.


Bakupost-un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində baş verib.

Belə ki, müxtəlif bədən xəsarətləri alan 2011-ci il təvəllüdlü Əliyev Rəfail taksi ilə huşsuz vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Aygün, Bakupost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью