Bakıda qəza zamanı işıqfor yerindən çıxdı VİDEO

25.04.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Bakıda qəza zamanı işıqfor yararsız hala düşüb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, dünən axşam saatlarında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşidbanu Natəvan küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 300 nömrəli tam orta məktəbin qarşısında qeydə alınan qəza zamanı piyada işıqforu sıradan çıxıb. 

Mərkəz tərəfindən işıqforun yenisi ilə əvəzlənməsi işləri görülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью