Bakıda qəzaya uğrayan Mercedes yandı Hadisə yerindən GÖRÜNTÜLƏR

30.09.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Bakı-Qazax yolunun Qaradağ rayonu, Ələt qəsəbəsindən keçən hissəsində avtomobildə yanğın baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı minik avtomobilində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Mercedes" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью