Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Azərbaycanda astronomik qış dekabrın 22-də Bakı vaxtı ilə saat 00:50-də başlayacaq. Həmin gecə ilin ən uzun gecəsi, həmin gün isə ən qısa gündüzü olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Şamaxı Astrofizika Rəsədxanası yayıb.
Qurumdan bildirilib ki, qış gündönümü anında Cənub yarımkürəsi Günəşə maksimum yönəlir.
Həmin vaxt Cənub qütbündə 24 saat gündüz, Şimal qütbündə 24 saat gecə olur. Bu andan Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində yay başlayır.
Bakının enliyində dekabrın 22-də gündüz 9 saat 17 dəqiqə 23 saniyə, gecə 14 saat 42 dəqiqə 37 saniyə davam edəcək.
Günəş Bakıda saat 08:00-da doğacaq, 17:17-də batacaq, günorta üfüqdən cəmi 26,2 dərəcə hündürlükdə olacaq, bu, ilin ən aşağı göstəricisidir.
Bizim.Media