Bakıda qız ağzı açıq lükə düşdü

23.02.2025

Icma.az bildirir, News24 portalına istinadən.

Bakıda bədbəxt hadisə baş verib.

News24.az bakuplus-a istinadən xəbər verir ki, şəhərin Nəriman Nərimanov rayonunda Əliyar Əliyev küçəsində gənc qız ağzı açıq lükün içinə düşüb. Sözügedən hadisəyə şahid olan ondan çox şəhər sakini zərərçəkən xanıma yardım etmək məqsədilə dərhal səfərbər olublar.

Sürücülərdən biri avtomobilindən gətirdiyi kəndir vasitəsilə gənci lükün içindən çıxarmağa müvəffəq olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью