Bakıda qız bir silləyə görə anasını döydü

24.07.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Bakıda ana və qızı arasında dava olub.

Lent.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində, "Neftçilər" metrostansiyasının yaxınlığında qeydə alınıb.

Adları açıqlanmayan ana və qız yaşadıqları evdə dalaşıblar. Belə ki, sözləri çəp gəldiyi üçün əvvəlcə ana qızına sillə vurub. Bundan hiddətlənən qız anasını döyərək, xəsarət yetirib.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью