Bakıda qıza görə tələbənin qanını tökdülər VİDEO

05.11.2026

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Bakı Humanitar Kollecində tələbələr arasında baş verən bıçaqlanma hadisəsi ilə bağlı təfərrüat məlum olub.

"Bakupost" "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı şahidlər danışıb.

Onların sözlərinə görə, həmin şəxslərdən biri kollecin digər korpusunda təhsil alıb və səhər saatlarında bu binaya gəlib. Şahidlər bildirirlər ki, hadisəyə səbəb bir qız olub.

Kollecin məlumatına əsasən, xəsarət alan tələbəyə müvafiq tibbi yardım göstərilib. Hazırda səhhətinin qənaətbəxş olduğu deyilir.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью