Bakıda “qızı qaçıran” gənc polis maşınını görüb qəza törətdi

03.09.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Maştağa qəsəbəsində 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) “Khazar” markalı avtomobillə bir neçə maşına çırpılıb. 

“Yeni Sabah” xəbət verir ki, araşdırma zamanı məlum olub ki, gənc qəzadan bir neçə gün əvvəl qəsəbədə tanış olduğu qızı özü ilə aparıb. Onlar həmin müddətdə avtomobildə hərəkət edib və gecələyiblər.

Qızın anası polisə müraciət edib. Axtarış zamanı Rüstəm və qızın görüşə çağırıldığı yerə polis əməkdaşları da gəlib. Polis maşınını görən gənc sürətlə uzaqlaşmağa çalışıb və qəza törədib. pizza mizza

Rüstəm Həbibov barəsində inzibati protokol tərtib olunub. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə o, 10 sutka inzibati həbs edilib. (Operativ Media Mərkəzi)


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью