Bakıda qızıl bazarında oynayan qiymətlər Satış azalıb, sabah nə olacağı isə bilinmir

03.02.2026

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Qlobal bazarlarda qızılın qiymətində son vaxtlar kəskin dalğalanmalar müşahidə olunur. Fevralın 3-ə olan məlumata görə qızılın bir unsiyasının qiyməti 4 943 dollar təşkil edir ki, bu da dünənlə müqayisədə 291 dollar artım deməkdir.

Bununla belə, son günlərdə ümumi tendensiya qismən enişə doğru olub. Belə ki, ötən il qızılın bir unsiyası 5 584 dollar səviyyəsində olub və bu qiymət təxminən bir ay əvvələ qədər qorunub saxlanılıb. Daha sonra eniş sürətlənib: 5 gün əvvəl 5 440 dollar olan qızılın qiyməti dünən 4 870 dollara, keçən həftə isə 4 263 dollara qədər geriləyib.

Qlobal bazarda olan dalğalanma Azərbaycana da təsirsiz ötüşməyib.

Oxu.Az-ın əməkdaşı qızıl bazarında mövcud qiymətlərlə maraqlanıb.

Qızıl satılan məkanlarda ilk baxışda diqqəti çəkən əsas məqam alıcıların azlığı olub.

Halbuki qızılın qiymətində müşahidə edilən qismən eniş fonunda bazarda canlanma olması məntiqli görünə bilərdi.

Satıcılarla aparılan söhbətlər zamanı məlum olub ki, fevralın 2-dəki qiymətlərlə müqayisədə bu gün artım qeydə alınıb. Bununla belə, qiymətlər satıcıdan və firmadan asılı olaraq dəyişir.

Məlumat aldığımız satıcılardan biri bildirib ki, hazırda 585 əyarlı qızılın bir qramı 215-220 manat, 750 əyarlı qızılın bir qramı isə 300-310 manat arasında dəyişir. Onun sözlərinə görə, ötən gün bu göstəricilər uyğun olaraq 195-200 və 290-300 manat civarında olub. Qızıl satılan məkanlarda ilk baxışda diqqəti çəkən əsas məqam alıcıların azlığı olub.

Halbuki qızılın qiymətində müşahidə edilən qismən eniş fonunda bazarda canlanma olması məntiqli görünə bilərdi.

Digər satıcı isə qiymətlərdəki fərqliliyin əsas səbəbinin firma ilə bağlı olduğunu vurğulayıb. Belə ki, onun piştaxtasında 750 əyarlı qızılın bir qramının qiyməti 250 manatdan, 585 prob qızılın isə 190 manatdan başlayır. O qeyd edib ki, ötən həftə 750 əyarlı qızıl 260-300 manat, 585 əyarlı qızıl isə 200-240 manat aralığında satılıb.

Söhbətləşdiyimiz başqa bir satıcı da hazırda 750 əyar qızılın bir qramının 260-270 manat, 585 əyar qızılın isə 205 manatdan başlayan qiymətlərlə təklif edildiyini deyib.

Satıcıların sözlərinə görə, yaxın günlərdə qızılın qiymətində yenidən artım gözlənilir.

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran iqtisadçı Xalid Kərimli bildirib ki, birjalarda qiymətlərin hər zaman eyni istiqamətdə hərəkət etməsi anlayışı yoxdur:

"Bazarlarda əsas göstərici qısamüddətli dəyişikliklər deyil, ümumi trenddir. Belə ki, qiymətlərin il ərzində, altıaylıq və ya aylıq dövrdə necə dəyişdiyi daha önəmlidir.

Ötən həftə qızılın qiymətində kəskin eniş müşahidə olunsa da, 2026-cı il ərzində qızılın qiymətinin yüksək səviyyədə qalacağı gözlənilir. Proqnozlara əsasən, qızılın bir unsiyasının qiyməti 5 400 - 6 000 dollar aralığında dəyişə bilər".

"2025-ci ildə qızılın qiyməti təxminən 65 faiz artıb. Son illərdə isə xüsusilə 2020-ci illə müqayisədə qızılın qiyməti təxminən üç dəfə bahalaşıb. Bu, bir sıra amillərlə, o cümlədən qlobal risklərlə bağlı olub.

Həm fərdi, həm də institusional investorlar tərəfindən dolların dəyərdən düşəcəyi gözləntiləri fonunda qızıla marağın artması qiymətlərin yüksəlməsinə səbəb olub. Birjalarda qiymət dəyişiklikləri yalnız artım istiqamətində baş vermir və bazar hər zaman dalğalanma ilə müşayiət olunur" - deyə, ekspert bildirib.

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью