Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı

14.11.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektrik kabelləri oğurladığı müəyyənləşdirilib.

Faktlarla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью