Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır. Nərimanov rayonunda talama cinayətləri qeydə alınıb.
Naməlum şəxs paytaxt sakininin evindən 5000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
AZXEBER.COM xəbər verir ki, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı M.Elyasov saxlanılıb.
İdarənin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə 1986 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı K.Qaçayev də tutulub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.