Bakıda qoçu sürücü peyda olub Maşınların qarşısını kəsir, əcəb edirəm deyir VİDEO

03.02.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda yol hərəkəti qaydalarını aşkar surətdə və qəsdən pozan, cəmiyyətə hörmətsizlik nümayiş etdirən, onu intizama dəvət edən vətəndaşlarla "öz qaydaları ilə" danışan sürücü peyda olub. Hadisə fevralın 2-də saat 18:40-da paytaxtın mərkəzində - Hüseyn Cavid prospekti ilə 1-ci Köndələn küçəsinin kəsişməsində baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a vətəndaş tərəfindən göndərilən şikayətə əlavə edilən videokadrlardan aydın olur ki, "Volkswagen" markalı avtomobil H.Cavid prospekti ilə Badamdar şosesinə doğru qaydalara uyğun hərəkətdə ikən 1-ci Köndələn küçəsindən sürətlə gələn 99-KQ-953 dövlət qeydiyyat nişanlı, "Changan UNİ-Z" markalı maşının sürücüsü kəsişmədə 2.4 yol nişanının (Yol ver) tələbinə məhəl qoymayıb.
Belə ki, o, Hüseyn Cavid prospektindən gələn nəqliyyat vasitələrinin qarşısına qəfil çıxaraq qəza şəraiti yaradıb. Digər nəqliyyat vasitəsinin sürücüsü ona qayda pozmasına dair xəbərdarlıq bildirib və intizama dəvət edib. Lakin həmin sürücü bu zaman aqressiv şəkildə irəliyə keçərək qəsdən yolun ortasında dayanıb və süni tıxac yaradıb. Ardınca isə başını pəncərədən çıxararaq, "əcəb edirəm" deyib və vətəndaşlara hörmətsizlik göstərib.

Oxunub 28

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью