Bakıda qol güləşi tarixinin ilk dünya komanda çempionu məlum olacaq

29.11.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Qol güləşi üzrə tarixdə ilk dəfə Bakıda təşkil olunan dünya komanda çempionatının həlledici qarşılaşmaları bu gün keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Elektra Events Hall”da baş tutan yarışın ikinci günündə yarımfinal və final görüşləri təşkil olunacaq.

Çempionatda son illərdə beynəlxalq arenada qazandıqları nəticələrə əsasən seçilən 12 komanda iştirak edir. Azərbaycan isə yarışda iki heyətlə təmsil olunur. Reqlamentə əsasən, komandaların hər birinin heyətində dörd kişi və bir qadın idmançı yer alır.

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Samir Babayev İdman.Biz-ə açıqlamasında ölkəmizin yarışın əsas favoritləri sırasında olduğunu bildirib.

Dünən, noyabrın 28-də səkkizdəbir və dörddəbir final qarşılaşmaları təşkil olunub.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью