Bakıda qonşular arasında dava ata və oğlu bıçaqlandı

11.12.2024

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Xətai rayonunda dava zamanı üç nəfər xəsarət alıb.

Milli.Az xəbər verir ki, hadisə Əliağa Şıxlınski küçəsində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Kamil Bağırov və oğlu 2004-cü il təvəllüdlü Cavid Bağırov qonşuluqda yaşayan şəxslə dava zamanı bıçaqlanıb.

2003-cü il təvəllüdlü Qabil Mehdiyev isə dava zamanı başından xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. /APA
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью