Bakıda qonşular arasında dava: ata və oğlu bıçaqlandı KONKRET

11.12.2024

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Xətai rayonunda dava zamanı üç nəfər xəsarət alıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Əliağa Şıxlınski küçəsində baş verib.

Belə ki, 1972-ci il təvəllüdlü Kamil Bağırov və oğlu 2004-cü il təvəllüdlü Cavid Bağırov qonşuluqda yaşayan şəxslə dava zamanı bıçaqlanıb. 2003-cü il təvəllüdlü Qabil Mehdiyev isə dava zamanı başından xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью