Bakıda qonşular arasında dava zamanı ata və oğlu bıçaqlanıblar

11.12.2024

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Xətai rayonunda dava zamanı üç nəfər xəsarət alıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Əliağa Şıxlınski küçəsində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Kamil Bağırov və oğlu, 2004-cü il təvəllüdlü Cavid Bağırov qonşuluqda yaşayan şəxslə dava zamanı bıçaqlanıblar.

2003-cü il təvəllüdlü Qabil Mehdiyev isə dava zamanı başından xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью