Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda tikintisi davam edən binanın dayaq sütunu uçub. Hadisə paytaxtın Yasamal rayonu ərazisində, metronun “20 Yanvar” stansiyasının yaxınlığında yeni inşa olunan yaşayış binasında baş verib. Dövlət Su Ehtiyatları Agentliyinin əsas binası da (keçmiş “Azərsu”) həmin ərazidə yerləşir. Hadisənin səbəbi məlum deyil. Yaranmış vəziyyət sakinlərin narahatlığına səbəb olub. Onlar bildirib ki, uçqun olan ərazidən daim avtomobillər və piyadalar keçir, əgər beton qırılıb yerə düşsə, bu, ciddi fəsadlara səbəb ola bilər. Ona görə də aidiyyəti qurumların dərhal tədbir görməsi vacibdir.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, tikinti zamanı dayaq sütununun uçması son dərəcə ciddi və sistemli pozuntuların göstəricisidir:
“Belə hadisələr adətən layihələndirmə səhvləri, keyfiyyətsiz materiallardan istifadə və texniki nəzarətin zəifliyi ilə bağlı olur. Ən əsas problemlərdən biri tikinti prosesinə məsul olan mühəndis və texniki nəzarətçilərin öz vəzifələrini lazımi səviyyədə icra etməməsidir. Dayaq sütunları binanın əsas yükdaşıyıcı elementləri olduğu üçün burada edilən ən kiçik səhv böyük faciəyə səbəb ola bilər. Bu cür halların qarşısını almaq üçün ilk növbədə tikintiyə başlamazdan əvvəl layihələrin ekspertizadan keçirilməsi mütləq olmalıdır. İstifadə olunan betonun, armaturun və digər materialların keyfiyyəti laborator yoxlamalarla təsdiqlənməlidir. Hər mərhələdə texniki təhlükəsizlik qaydalarına əməl olunmasına ciddi nəzarət edilməlidir”.
O deyib ki, tikinti şirkətləri yalnız ixtisaslı və sertifikatlı mütəxəssislərlə işləməyə məcbur edilməlidir:
“Qaydaları pozan tikinti sahələrinin fəaliyyəti dərhal dayandırılmalıdır. Günahkar şəxsləri isə qanunvericiliyə əsasən ciddi məsuliyyət gözləyir. Əgər hadisə insan həyatı üçün real təhlükə yaradıbsa, bu artıq cinayət məsuliyyəti deməkdir. Məsul şəxslər barəsində böyük məbləğdə cərimələr tətbiq oluna bilər. Zərurət yaranarsa, tikinti şirkətinin lisenziyası ləğv edilə bilər. Ağır nəticələrə səbəb olan hallarda isə həbs cəzası da istisna deyil. Bu cür hadisələr göstərir ki, tikintidə təhlükəsizlik məsələləri güzəştə gediləcək mövzu deyil”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, tikinti zamanı dayaq sütununun uçması son dərəcə ciddi və sistemli pozuntuların göstəricisidir: