Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı şəhərinin Xəzər rayonu, Zağulba qəsəbəsində yerləşən Yevsey Gindes adına Uşaq Sümük-Vərəm Sanatoriyası uzun illər ərzində uşaqların müalicə aldığı xüsusi tibb müəssisəsi olub.
1914-cü ildə tikilən bu bina Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri, tanınmış pediatr Yevsey Gindes tərəfindən vərəm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün inşa etdirilib.
Sfera.az bildirir ki, sanatoriya binası memarlıq baxımından neoklassik və Şərq üslublarının sintezini əks etdirir.
İkimərtəbəli binanın fasadı tağlı pəncərələr və simmetrik sütunlarla zəngindir.
Lakin zamanla baxımsız qalan bina hazırda tamamilə tərk edilmiş vəziyyətdədir.
Divarlarında qrafitilər, qırılmış şüşələr və dağılmış tikinti materialları binanın məhvə doğru getdiyini göstərir.
Sanatoriyanın həyəti və ətrafı da maraqlı tarixi elementlərlə zəngindir.