Bakıda qucaqlaşan nişanlar: Hərəkətin təşkilində nöqsan var VİDEO

21.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Abşeron rayonu Məmmədli qəsəbəsində hərəkətin təşkilində yaranan problemlə bağlı sosial şəbəkədə paylaşım edilib.

Avtosfer.az xəbər verir ki, dairəvi hərəkət təşkil edilmiş yolayrıcını bildirən nişanı piyada keçidini bildirən nişanın üzərinə bağlayıblar. Nəticədə nişanlar başa düşülməz vəziyyətə düşüb.

Qaydalara görə, nişanların bu formada tətbiq edilməsi doğru deyil. Hərəkətin təşkili ilə məşğul olan qurumlar nişanlara daim nəzarət etməlidirlər. Yol nişanlarının sürücülər üçün başa düşülməməsi qəzalara yol aça bilər.

Ümid edirik ki, sözügedən ərazidəki nişanlar tez bir zamanda qanunvericiliyin tələblərinə uyğun şəkildə quraşdırılacaq.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью