Bakıda quldurluq və soyğunçuluqda şübhəli bilinən 3 nəfər saxlanıldı

09.12.2024

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 7-də Sahil qəsəbəsi ərazisində bir nəfərin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən 28 yaşlı E.Süleymanov və A.Kərimzadə müəyyən olunaraq saxlanılıblar.

"Unikal" xəbər verir ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə dekabrın 7-də rayon ərazisində bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 53 yaşlı Z.Dərgahov saxlanılıb. 

Faktlarla bağlı Qaradağ və Yasamal rayon polis idarələrində araşdırmalar aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью