Bakıda qurumuş ağacın budaqları avtomobilin üzərinə aşıb

17.07.2026

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ağac budaqları avtomobillərin üzərinə düşüb. Nəticədə maşınlara zərər dəyib.

Bu barədə vətəndaşlar BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər.

Qeyd ediblər ki, S.Mehmandarov küçəsində əkilən ağaclara vaxtında qulluq edilmir. Nəticədə ağaclar quruyur və qırılırlar.

"Dəfələrlə belə hadisələr olub. Bu gün də ağacın qurumuş budaqları qırılıb və avtomobillərin üstünə düşüb. Maşınlara ziyan dəyib. Sığorta dəyən zərəri ödəmir. Heç kim də, məsuliyyəti öz üzərinə götürmür", - deyə şikayətçi bildirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от @baku.ws_official

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью