Bakıda radarlarla bağlı yenilik: Sürücülərə xəbərdarlıq

11.08.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda bəzi radarların yeri dəyişdirilib. 

Milli.Az xəbər verir ki, əvvəlki radarlar əks istiqamətdən çəkirdisə, hazırda eyni istiqamətdən çəkir, yəni hərəkət istiqamətinə doğru yönəlib. 

Bu radarlara düşüb cərimələnənlər də var.

İstiqamətin dəyişdirilməsində əsas məqsəd motosikletlərin müəyyənləndirilməsi idi. Çünki onların nömrələri arxa hissədə olduğu üçün radarlar onları müəyyənləşdirməkdə çətinlik çəkirdi.

Qeyd edilir ki, bu radarlardan sonra motosikletlərin sürət həddini aşdığı an müəyyənləşdirilməsi asanlaşdırılacaq. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью