Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb

30.03.2025

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb.
Demokrat.az xəbər verir ki, namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində qılınıb.
Qeyd edək ki, bayram namazı Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью