Bakıda “Range Rover”dən 10 min dollara yaxın pul oğurlandı | Icma.az
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq. Nizami rayonu ərazisində avtomobildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, polisə müraciət edən zərərçəkmiş “Range Rover” markalı avtomobilindən 9400 ABŞ dollarının oğurlandığını bildirib.
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 45 yaşlı N.Cəmilov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu