Bakıda “Range Rover”dən 16 min oğurladı: Yeyib içəndə tutuldu | Icma.az
Icma.az, Cebheinfo saytına istinadən bildirir. Bakıda “Range Rover”dən 9400 dollar oğurlayan Nəzər 2 il azadlıqdan məhrum edilib.
Musavat.com-un xəbərinə görə, hadisə Nizami rayonunda baş verib.
46 yaşlı Nəzər müştəri kimi avtoyuma məntəqəsinə gələn Eldəniz adlı şəxsin “Range Rover” markalı maşınından 9400 dollar pul götürüb.
Nəzər pulu götürəndən sonra özünə paltar alıb, evinə bazarlıq edib. Yeni kirayə mənzil taparaq yaşadığı ünvanı dəyişib.
Eldəniz deyib ki, gecə maşını qarajda saxlayan zaman pulu götürməyi unudub: “Maşını moykadan götürəndən sonra gördüm ki, pul yoxdur.
Moykanı işlədən Turala zəng etdim. Orada işçi olan Nəzərdən şübhələnirdim. Əvvəlcə götürmədiyini dedi.
Sonra polisə verəcəyimi deyəndə etiraf etdi. Pulu gətirməsini istədim. Amma zənglərə cavab vermədi”.
Nəzər zərərçəkmiş şəxsin istəyinə əməl etməyib və götürdüyü pulu qaytarmayıb. Həmin gün polislər onu yeyib-içərkən kafedə saxlayıb.
Tam oxu
Xəbəri oxu