Bakıda Ravon divara çırpıldı, sürücü öldü

02.01.2025

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində baş verib.

Mehrəliyev Turqut Vidadi oğlu “Ravon Nexia R 3” markalı avtomobillə Kürdəxanı qəsəbəsi, G.Qurbanova küçəsindən üzü Pirşağı istiqamətinə hərəkət edən zaman idarəetməni itirərək, yolun kənarındakı hasara çırpılıb. Nəticədə o, ağır xəsarətlər alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью