Bakıda restorana basqın edən şəxs tutuldu VİDEO

16.01.2025

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Paytaxtın Nizami rayonu ərazisində yanvarın 13-ü saat 03 radələrində naməlum şəxsin 37 yaşlı M.Pənahova zor tətbiq edib 150 manatını alması barədə polisə məlumat daxil olub.

Bakupost.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 36 yaşlı Rahib Orcayev müəyyən olunaraq saxlanılıb.

Onun üzərinə baxış zamanı psixotrop maddə metamfetamin də aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью