Bakıda restoranda kütləvi zəhərlənmə ilə bağlı açıqlama

01.11.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Bakı şəhəri, Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında zəhərlənmə şübhəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılır.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib

İlkin araşdırmalara əsasən, agentliyin əməkdaşları tərəfindən restoranda keçirilən yoxlama zamanı müəssisənin ümumi sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, qida məhsullarının emalı və saxlanılması zamanı nöqsanlara və çarpaz çirklənmə risklərinə yol verildiyi müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью