Bakıda restoranda meyit tapıldı

21.09.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda restoranda 64 yaşlı kişinin meyiti tapılıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün paytaxtın Nizami rayonunda baş verib.

Məlumata görə, 1962-ci il təvəllüdlü Bəxtiyar Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti mühafizəçi işlədiyi B.Çobanzadə küçəsindəki restoranda tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью