Bakıda restoranda və kafedə yanğın olub | Icma.az
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.
APA FHN-ə istinadən xəbər verir ki, dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranının xarici divarına quraşdırılan tüstü bacasında yağ qalıqları yanıb.
Restoran və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Yasamal rayonunda isə çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 m² olan kafenin yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Yüksək temperaturdan lambirdən ibarət tavanı 15 m² sahədə əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu