Bakıda restoranda yanğın oldu

18.02.2025

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Səbail rayonunda restoranda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan restoranın mətbəxində 2 ədəd fri aparatı yanıb.

Yüksək temperaturdan 1 ədəd kondisionerin üzlüyü və mətbəxdə divara quraşdırılan elektrik löhvəsi qismən qarsalanıb.

Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью