Bakıda restoranda yanğın olub VİDEO

04.11.2024

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Bakının Nərimanov rayonu ərazisində restoranda yanğın olub.

Hadisə Atatürk prospektində yerləşən restoranda qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

FHN-in Mətbuat xidmətindən Ölkə.az-a verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
İaşə obyektinin havalandırma qurğusunda yanan yağ qalıqları yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью