Bakıda restorandan çıxan kişini avtomobil vurdu | Icma.az
Icma.az, Lent az portalına istinadən məlumat verir. Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, hadisə Salyan şossesində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Nəcəfov Qurban İdris oğlu yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti kritikdir.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu