Bakıda restorandan çıxan kişini avtomobil VURDU Xəbər saytı Son xəbərlər və Hadisələr

27.11.2024

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Salyan şosesində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Qurban İdris oğlu Nəcəfov restoranların birindən çıxıb yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti kritikdir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью