“Bakıda “Rus Evi”nin bağlanması ilə bağlı fikrimdə qalıram” Valuyev

12.02.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Dövlət Dumasının deputatı, ötənlərin məşhur boksçusu Nikolay Valuyev odds.ru saytına Azərbaycan hakimiyyətinin onun ölkəyə girişinə qadağa qoyması barədə qərarı haqda danışıb:

“Mən Bakıda “Rus Evi”nin bağlanması ilə bağlı söylədiyim fikrin üstündə qalıram. Heç kimə pislik arzulamamışam, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatının əksinə heç kimə hədə-qorxu gəlməmişəm. Azərbaycana girişimə qoyulan qadağada heç bir məna görmürəm, ümid edirəm ki, vəziyyət düzələcək”.


Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Valuyevin Bakıda “Rossotrudniçestvo”nun nümayəndəliyinin - “Rus Evi”nin bağlanması ilə bağlı şərhindən sonra arzuolunmaz şəxs elan edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью