Bakıda sabah bu avtobuslar PULSUZ OLACAQ RƏSMİ

19.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, avtobuslar saat 17:00-dan etibarən aşağıdakı istiqamətlər üzrə hərəkət edəcək: pizza sifarişi

"Gənclik" Nəqliyyat Mübadilə Mərkəzi – Bakı Olimpiya Stadionu

"Qara Qarayev" metrostansiyası – Bakı Olimpiya Stadionu

Qeyd olunub ki, oyun bitdikdən sonra isə Aviasiya Akademiyası istiqamətində də avtobuslar fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью