Bakıda sabaha hazırlıq başladı

07.02.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda və Abşeron yarımadasında fevralın 8-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhərdən yarımadanın bəzi yerlərində sulu qar yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2°-dək isti, gündüz 3°-dək isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 70-75 % olacaq. Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2-6° şaxta olacaq. Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. 

Hava şəraiti ilə bağlı paytaxtda hansı tədbirlər həyata keçiriləcək? 

“Cebheinfo.az”-ın aldığı məlumata görə, gözlənilən hava şəraiti ilə bağlı paytaxtda hazırlıq işləri görülüb. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq departamentləri,  rayon icra hakimiyyətləri, bələdiyyələr, mənzil kommunal-istismar sahələri, kommunal qurumlar tərəfindən lazımi texnika hazır vəziyyətə gətirilib. Eyni zamanda, hava şəraiti dəyişdiyi andan etibarən gücləndirilmiş iş rejiminə keçidlə bağlı qərar verilib. 

Nigar 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью