Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı AQTA bağladı | Icma.az
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Binəqədi rayonunda yerləşən "Elmed" Tibb Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 28 m²-lik qəssabxana bağlanıb.
"Qaynarinfo"nun məlumatına görə, klinikanın direktoru və qanuni təmsilçisi Ramin Quliyev sözügedən 28 m²-lik qeyri-yaşayış sahəsini qəssabxana kimi işlətmək üçün Əli adlı şəxsə icarəyə verib.
Əli həmin qəssabxanada əsaslı təmir işləri apararaq 20 min manat xərc çəkib.
Ramin Quliyev isə bir müddət sonra Əlidən həmin ərazidən çıxmasını tələb edib.
Əli klinika direktoruna çəkdiyi 20 min manat xərci ödəmədən ərazidən çıxmayacağını bildirib.
Nəhayət, Ramin Quliyev Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib.
AQTA-nın Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən ət satışı mağazasında yoxlama aparılıb və Əlinin orada qanunsuz ət kəsimi ilə məşğul olduğu aşkar edilib.
Tam oxu
Xəbəri oxu