Bakıda şadlıq sarayı 12 milyona satışa çıxarıldı

20.10.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxtın Sabunçu rayonunda fəaliyyət göstərən məşhur “İdeal” şadlıq sarayı satılır.

“Yeni Sabah” xəbər verir ki, obyekt üçün 12 milyon manat qiymət qoyulub. Obyekt 20 sotluq geniş ərazidə inşa edilib və ümumi sahəsi 3 000 kvadratmetr təşkil edir.

İkimərtəbəli binadan və böyük zirzəmidən ibarət olan şadlıq sarayında eyni vaxtda qonaq qəbul edə bilən iki müxtəlif zal – 500 nəfərlik əsas və 250 nəfərlik kiçik zal fəaliyyət göstərir. Sezar pizza

Təkcə şadlıq sarayı ilə kifayətlənməyən kompleksin ərazisinə çay evi, kafe-restoran və digər köməkçi tikililər də daxildir.

Hazırda tam işlək vəziyyətdə olan obyekt öz daimi müştəri bazasına malikdir və alıcıya hazır, gəlirli biznes kimi təqdim olunur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью