Bakıda SAF 2025 beynəlxalq festivalın açılışı olub

17.11.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Baku Ekspo Mərkəzində SAF2025 Beynəlxalq STEAM Azərbaycan festivalının açılışı oldu. Festival Elm və Təhsil Nazirliyinin dəstəyi və STEAM Azərbaycan layihəsinin təşkilatçılığı ilə keçirilib.

Layihənin rəhbəri İqrar Nəzərov açılış nitqində bildirib ki, festivalda 21 ölkədən 25 min iştirakçı qeydiyyatdan keçib. Onların 5 min nəfəri əcnəbilərdir. İqrar Nəzərov deyib ki, şagirdlərin komandalarının yarışlarında 70-dən çox hakim işləyəcək. Festival noyabrın 19-dək davam edəcək.

Elm və təhsil naziri Emil Əmrullayev öz çıxışına 17 noyabr Milli Dirçəliş günü ilə təbriklə başladı. O bildirdi ki, təşəbbüs 2018-2019-cu illərdə meydana gələndə o qədər də maraqlı, perspektivli təşəbbüs kimi görünmürdü: "Buna baxmayaraq, Heydər Əliyev Fondunun prezidenyi Mehriban xanım Əliyeva bu layihəyə dəstək verdi. Hazırda 250 mindən çox şagird STEAM əsaslı təhsilə cəlb olunub. Hazırda bu festivalın 5 yaşı var".

Nazir dedi ki, 21 bölgədə STEAM mərkəzləri açılıb. Gələn ildən Qarabağ Universitetində STEAM əsaslı tədris tətbiq ediləcək.

Məlum olduğu kimi, STEM - elmin, texnologiyanın, incəsənətin, mühəndisliyin və riyaziyyatın birləşdiyi innovativ təhsil metodudur. Burada yaradıcı düşüncədən komandada işləmə bacarığına qədər geniş spektrdə bilik və bacarıqların aşılanması cəmləşib.

S. Əhmədli,

bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью