Bakıda sahəsi 14 min m² dən çox olan istixanada yanğın olub

15.10.2025

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Bakıda istixanada yanğın olub.

525.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonunda ümumi sahəsi 14400 m² olan istixananın polietilendən ibarət üzlüyü 3450 m² sahədə yanıb. İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью