Bakıda sahibsiz it problemi: Sakinlər axşamlar küçəyə çıxmağa qorxurlar

07.07.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Bakının Xətai rayonunda sahibsiz küçə itlərinin çoxalması sakinlərin narahatlığına səbəb olub.

BAKU.WS-in "qaynar xətti"nə müraciət edən sakinlərin sözlərinə görə, problem Gəncə prospekti, bina 97-nin ətrafında müşahidə olunur.

İddia edilir ki, ərazidə çoxsaylı sahibsiz itlər toplandığından, xüsusilə axşam saatlarında insanların küçəyə çıxması çətinləşib.

Sakinlər bildirirlər ki, itlərin sürü halında hərəkət etməsi uşaqlar, yaşlılar və digər vətəndaşlar üçün ciddi narahatlıq yaradır. Onların sözlərinə görə, son vaxtlar vəziyyət daha da pisləşib və ərazi sakinləri təhlükəsizlik baxımından ciddi narahatlıq keçirirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью