Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakının Nizami rayonu, Ordubadi küçəsi 7 ünvanında yaşayan sakinlər "Orbita" MTK rəhbərliyindən şikayətçidirlər.
Onlar qanunsuz şəkildə mənzillərindən çıxarıldıqlarını bildiriblər. "Bizə 600 manat kirayə pulu verməlidirlər.
Bunlar o pulu verməməyin dərdindən bizi Çobanzadə küçəsində qəzalı binalara göndərirlər.
Fövqəladə Hallar Nazirliyi o binalara rəy verib ki, qəzalı vəziyyətdədir.
Qəsdimə durmusan, uşaqlarımı, nəvələrimi yığıb o binanı başıma uçurmaq istəyirsən?!", - şikayətçi deyib.
Məsələ ilə bağlı şirkətin köçürmə məsələləri üzrə baş məsləhətçisi Söhrab Əhmədov vətəndaşların evinin məhkəməyə çoxmərtəbəli qəzalı bina kimi təqdim olunmasının və onların yararsız binaya köçürülmə təklifinin həqiqəti əks etdirmədiyini söyləyib.
Nizami Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, müvafiq qurumların icazə sənədləri əsasında sözügedən ərazidə yerləşən, istismar müddətini bitirmiş yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və onların yeni mənzillərlə təmin edilənədək kirayə haqlarının ödənilməsi şərti ilə icarə əsasında "Orbita" MTK-nın istifadəsinə verilib.