Bakıda sakinlərin həyatına ciddi təhlükə Təcili tədbir görülməlidir

22.06.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az-ın xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 71 ünvanında baş verib.

Güclü külək ağacın gövdəsini zədələyib, budaqlarının bir hissəsini qırıb.

Sakinlərin sözlərinə görə, ağac ərazidə yaşayan sakinlərin və oradan keçənlərin həyatına ciddi təhlükə yaradıb:

“Ağac yolun tam kənarında və 9 mərtəbəli yaşayış binası ilə üzbəüz yerləşir. Burada həmçinin Bakı şəhər Narkoloji Dispanseri fəaliyyət göstərir. Xəstəxanaya gün ərzində xeyli pasiyent gəlir. Ağac qəfildən aşsa, insanlara ciddi xəsarət yetirə bilər. Ona görə də qəzalı vəziyyətə düşən ağac təcili kəsilməlidir”.

 Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью