Bakıda sakinlərlə tikinti şirkəti arasında PROBLEM Kirayə pulları ödənilmir

28.01.2025

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaşadıqları ünvanın pilot layihə olduğu və onlara yeni tikilən binalardan mənzillər veriləcəyi deyilsə də 7 ildir ki, nə mənzillər verilir, nə də tikilən binada iş gedir.

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Ceyhun Hacıbəyli küçəsi 2 və 4 ünvanından gedir. Sakinlər bildirir ki, evləri pilot layihə çərçivəsində plana düşüb. Onlara elə eyni ünvanda yeni mənzillə təmin ediləcəyi deyilib, müqavilələr imzalanıb.

Sakinlərin sözlərinə görə, onlarla müqavilə bağlayan "N-turan" şirkəti olsa da sözügedən şirkət daha sonra "Olimpus MTK" ilə ortaq olur.

Məsələ ilə bağlı sözügedən şirkətdən bildirdilər ki, şikayətçilərin kirayə haqqlarının ödənməsində heç bir problem yoxdur. Digər şikayətlər isə araşdırılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью