Bakıda şampun dəstəsi iş başında VİDEO

01.05.2025

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda yerləşən marketlərdən birində oğurluq hadisəsi baş verib.

Ölkə.Az-ın məlumatına görə, xəbər verir ki, hadisə Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən marketlərdən birində qeydə alınıb.

Belə ki, oğurluq məqsədilə marketə 2 nəfər daxil olub. Onlardan biri kassirə yaxın hissədə ödəmə aparatının qarşısında daynaraq gəlib-gedənə nəzarət edib.

Arxa hissəyə keçən gənc oğlan isə şampunları oğurlayıb.

O, 7 ədəd şampunu geyiminin altında gizlədərək oradan uzaqlaşıb.

Oğurluq hadisəsi anbaan təhlükəsizlik kameralarına düşüb.

Marketin sahibi oğurluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb.

Qeyd edilib ki, bu, marketdə baş verən ilk oğurluq halı deyil. Bundan əvvəl də dəfələrlə marketdən şampun oğurlanıb.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью