Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının 8 Noyabr prospektində, 2 nömrəli ASAN Xidmətin yaxınlığında yerləşən elektromobil şarj məntəqələrinin qarşısında benzin və dizellə işləyən avtomobillərin park edilməsi narazılıq yaradıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət daxil olub.
Şikayətçi bildirib ki, şarj məntəqələrinin avadanlıqları yerində olsa da, ərazidə dayanmış iki avtomobil istifadəyə maneə yaradır.
Vətəndaş iddia edir ki, şarj məntəqələrini zəbt edən sürücülərə qarşı tədbirlər görülmür. Onun fikrincə, qanunla belə hallara görə cərimə tətbiq edilməlidir.
"Ərazidə yaranmış vəziyyətə görə təxminən 20 dəqiqə vaxt itirmişəm. Üstəlik, maşınların maneəsi səbəbindən dalandan çıxmaqda çətinlik yaranıb. Sürücülər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmalı və elektromobillər üçün ayrılmış şarj yerlərini zəbt etməməlidirlər",- deyə şikayətçi bildirib.