Bakıda satılan ən ucuz və ən bahalı 1 otaqlı mənzillər Fotolar

20.12.2024

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Paytaxt Bakıda satılan ən ucuz 1 otaqlı mənzil Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşir.
Yeniavaz.com
daşınmaz əmlak alanların və satanların ən çox müraciət etdiyi elan saytlarına istinadən xəbər verir ki, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən və 32 kv. metr sahəsi olan bu mənzil 15 min 500 manata təklif olunur.
Mənzilin 1 kv. metrinin qiyməti 484 manat təşkil edir.
Bakıda satılan ən bahalı 1 otaqlı mənzil isə Nəsimi rayonu ərazisindəki “Crescent Residences” kompleksində yerləşir. Ümumi sahəsi 88,6 kv. metr olan bu mənzilin satış qiyməti 1 milyon 479 min manat təşkil edir. Mənzilin 1 kv. metrinin qiyməti isə 16 min 700 manata bərabərdir.
Murad Məmmədov







Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью