Bakıda səhnəyə çıxmadı, bəhanəsini ələ saldılar Video

31.07.2025

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər türkiyəli müğənni Zeynep Bastıkla oxuduğu "Benden sonra"  mahnısı ilə məşhurlaşan Rıza Tamerin Bakı konserti təxirə düşüb. 

Axşam.az xəbər verir ki, Rıza paytaxtımıza gəlsə də, səhnəyə çıxmaqdan imtina edib. Bunun səbəbini isə sənətçi yaydığı videoda açıqlayıb. 

Rıza bildirib ki, Bakıda şəhər gəzintisinə gedib. Məkanlarda türk lirəsi qəbul edilməyib. Bu isə onun xoşuna gəlməyib və konsertdən imtina edib. 

Rıza türk lirəsinin istifadə olunmadığı bütün ölkələrdə səhnəyə çıxmaqdan imtina edəcəyini açıqlayıb. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью