Bakıda səki zibil qutuları ilə zəbt olundu VİDEO

28.11.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında, Məhəmməd Hadi küçəsində səkiyə düzülən zibil qutuları sakinlərin narazılığına səbəb olub.

Vətəndaşların sözlərinə görə, həmin zibil qutuları əvvəllər yaxınlıqdakı binanın həyətində yerləşirdi. Lakin bina sakinlərinin şikayətindən sonra aidiyyəti qurum qutuları həyətdən çıxararaq piyada yolunun ortasına düzüb.

"Artıq bir aydan çoxdur vəziyyət belədir. Adam buradan keçəndə iyrənir", - deyə sakinlərdən biri şikayətini bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью